arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Paşinyanın Estoniya səfərinin sirri - İrəvan nəyə hazırlaşır?

Paşinyanın Estoniya səfərinin sirri - İrəvan nəyə hazırlaşır?Ermənistanın baş naziri Nikol Paşinyanın Estoniyaya rəsmi səfəri birmənalı qarşılanmır.

Ermənistan mediası bu səfəri Qərbin münasibətini yumşaltmaq məqsədi daşıdığını yazır.

Paşinyan 9 may Qələbə paradında iştirak etmək üçün Moskvaya səfər edəcək. Avropa İttifaqı Moskvada keçiriləcək Qələbə paradına isti yanaşmır. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Kaya Kallas daha öncə bildirmişdi ki, Aİ üzvlüyünə namizəd olan ölkələr Moskvadakı hərbi paradda iştirak etməməlidir. Latviyanın xarici işlər naziri Baiba Braje isə bu qadağanı pozanlara qarşı sanksiyaların tətbiq edilə biləcəyinə eyham vurmuşdu. Ermənistan Aİ-yə üzv olmaq istəyir, artıq bununla bağlı qanun layihəsi qəbul edilib.

Bu halda Paşinyanın Moskvaya səfəri Aİ-də xoş qarşılanmayacaq. Ermənistanın baş naziri də Qərbə sadiqliyini nümayiş etdirmək və Moskvadakı hərbi paradda iştirak etmək məcburiyyətində qaldığını izah etmək məqsədilə Estoniyaya səfər edib. Aİ-nin xarici siyasətinə rəhbərlik edən Kallas daha əvvəl Estoniyanın baş naziri olub.

  • Sosial şəbəkədə paylaş