arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Sürücülərin nəzərinə: 800 manatadək CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

Sürücülərin nəzərinə: 800 manatadək CƏRİMƏLƏNƏ BİLƏRSİNİZSon zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.

Hətta sayrışan işıq görünüşlü salfet qutularına belə tələbat böyükdür.

Maraqlıdır, qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların qanunsuz istifadəsinə görə hansı cərimə və ya məhdudiyyətlər nəzərdə tutulur?

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, "Yol hərəkəti haqqında" Qanunun 74-cü maddəsinə əsasən, müvafiq İcra Hakimiyyəti orqanının icazəsi olmadan nəqliyyat vasitəsinin xüsusi çox avazlı səs və sayrışan işıq siqnalları ilə təchiz olunması qadağandır:

"Belə hal aşkarlandığı təqdirdə həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur".

Hüquqşünas Hikmət Əliyev isə qeyd edib ki, sözügedən pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən, sürücü avtomobilinin idarə olunmasından kənarlaşdırılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ