arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Fəlakət qapımızı döyməmiş... - Ərdoğan İstanbulda gözlənilən zəlzələdən danışdı

Fəlakət qapımızı döyməmiş... - Ərdoğan İstanbulda gözlənilən zəlzələdən danışdı“Fəlakət qapımızı döyməmiş şəhəri ən qısa zamanda zəlzələyə hazırlamaq bizim borcumuzdur. Bunun üçün gücümüzü birləşdirməli, birgə hərəkət etməliyik.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində abadlıq layihəsinin həyata keçirilməsi üçün təcili işlərin aparılmasının vacibliyindən danışıb.

Türkiyə lideri qeyd edib ki, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ heç bir insan tələfatına səbəb olmasa da, 16 milyon əhalisi olan şəhərin gələcək zəlzələlərə necə hazırlanacağı ilə bağlı səlahiyyətlilər arasında ciddi narahatlıq yaradıb.

"İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz”, - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyə hakimiyyəti bu çərçivədə beş il ərzində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır. Eyni zamanda, prioritet olaraq 600 min zəlzələyə davamlı ev tikilməlidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ