arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Fevralın 5-də başlayır: Rusiyadan nə qədər azərbaycanlı qovulacaq?

Fevralın 5-də başlayır: Rusiyadan nə qədər azərbaycanlı qovulacaq?

Fevralın 5-dən Rusiya Federasiyasında miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər qüvvəyə minəcək.

Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Telegram” kanalında bildirib.

"Qanunsuz miqrantların ölkədən çıxarılması rejimini nəzərdə tutan qanun qüvvəyə minəcək. Rusiya Federasiyasının qanunvericiliyinə əməl etməyən və ya burada qanuni yaşamaq hüququnu itirənlər ölkəmizdə olmamalıdır. Bu tədbir təhlükəsizliyin artırılmasına yönəlib”, - deyə sədr yazıb.

Volodin həmçinin qeyd edib ki, fevralın 5-dən etibarən Rusiya Federasiyasına daxil olmaq və ya onun hüdudlarından kənara çıxmaq üçün müəyyən edilmiş qaydaların pozulmasına, habelə Reyestrə daxil edilmiş miqrantlara qadağan olunan xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət tətbiq olunacaq.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin qanunsuz miqrantlara aprelin 30-dək Rusiyanı tərk etməyi əmr etmişdi.

Qeyd edəki, Rusiyada xeyli azərbaycanlı yaşayır və onların bir çoxunun qanuni yaşayış icazəsi yoxdur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ