arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

ABŞ-də epidemiya: Ölənlər var

ABŞ-də epidemiya: Ölənlər var


ABŞ-nin Kanzas şəhərində vərəmə (tuberkuloz) yoluxma hallarının əhəmiyyətli dərəcədə artması qeydə alınıb və bu, bir neçə nəfərin həyatına son qoyub.

Bu barədə CNN telekanalı yerli səhiyyə departamentinin məlumatlarına istinadən məlumat verib.

Məlumata görə, Kanzasda baş verən epidemiya bir çox xəstəliyə və ən azı iki ölüm halına səbəb olub.

Kanzas ştatının Səhiyyə və Ətraf Mühit Departamentinin nümayəndəsi Cill Brono epidemiya ilə əlaqəli ilk vərəm hallarının 2024-cü ilin yanvarında qeydə alındığını təsdiqləyib.

Artıq azı 67 nəfər vərəmin aktiv formasından müalicə kursu keçib, həmçinin 79 nəfərin gizli vərəm daşıyıcısı olduğu müəyyən edilib. Brono qeyd edib ki, epidemiya davam edir və yeni halların ortaya çıxma ehtimalı artır.

Yerli hakimiyyət orqanları hələlik epidemiyanın yaranma səbəblərini açıqlamayıb.

  • Sosial şəbəkədə paylaş