Sizin reklam burada
Sizin reklam burada

Gürcüstanda matəm elan olundu

Gürcüstanda matəm elan olundu


Gürcüstan hökuməti yanvarın 9-nu ölkədə matəm günü elan edib.

Bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bununla bağlı müvafiq qərar imzalayıb.

Buna səbəb yanvarın 5-i Abxaziyanın Qal rayonunun Saberio kəndində baş vermiş və beş uşağın ölümü ilə nəticələnən yanğındır. Faciə qurbanlarının dəfn mərasimi də sabah keçiriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ