Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununda Yaponiyanın U-20 millisi ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb.
Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılmadan birbaşa penaltilər seriyasına keçid olunub.
Burada daha dəqiq oynayan (5:4) Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv qələbə qazanan tərəf olub.
Qeyd edək ki, Azərbaycanın U-20 komandası ilk yoxlama matçında Moldovaya 0:1 hesabı ilə uduzub.

