Çində 60 yaşlı qadın üçüncü övladını dünyaya gətirib.
Bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, 2022-ci ildə övladını itirən Çjan adlı qadın yenidən ana olmaq qərarına gəlib.
Məlumata görə, Çjan ikinci uşağını 58 yaşında dünyaya gətirib. Qadın bildirib ki, hər iki hamiləliyi problemsiz keçib.
60 yaşlı Çjan uzun ömür sürəcəyinə inanır. "Mən çox xoşbəxtəm! Oğlum və qızım var. Həyatım çox gözəldir”, - deyə o duyğularını bölüşüb.

