Cari ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 75 min 500-dən çox sərnişin səfər edib.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, 8,5 milyona yaxın sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.
Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 8 milyon (18% artım), rayonlararası marşrutlarla isə 433 min (17% artım) sərnişin daşınıb.
Bu ilin sentyabr ayında ümumi sərnişindaşımada 24% artım qeydə alınıb.

