Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi Corc Rassell mükafatlandırılıb.
“Mercedes” komandasının pilotu 51 dövrəlik yarışın qalibi kimi kubokla təltif olunub.
İkinci yeri tutan “Red Bull” pilotu Maks Ferstappen və üçüncü olan komanda yoldaşı İsak Hacar da mükafatlandırılıblar.
“Red Bull” komandasının pilotu Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.
Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.

