Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanla FAO arasında iqlim fəaliyyətinin gücləndirilməsi müzakirə edildi

Azərbaycanla FAO arasında iqlim fəaliyyətinin gücləndirilməsi müzakirə edildi


Azərbaycanla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında kənd təsərrüfatında adaptasiya və mitiqasiya, davamlı su idarəçiliyi və daha dayanıqlı ərzaq sistemlərinin qurulması da daxil olmaqla, bir neçə sahədə iqlim fəaliyyətinin gücləndirilməsi müzakirə edilib.

Bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və FAO-nun Baş direktorunun köməkçisi və Avropa və Mərkəzi Asiya Üzrə Regional nümayəndəsi Viorel Qutu arasında keçirilən görüşdə fikir mübadiləsi aparılıb.

"Biz həmçinin iqlim öhdəliklərinin ərzaq təhlükəsizliyini gücləndirən, ərzaq itkisi və israfını azaldan və davamlı inkişafı irəli aparan praktiki həllərə çevrilməsi barədə fikir mübadiləsi apardıq", - M. Babayev "X" sosial şəbəkə hesabında yazıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ