Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə "Mercedes" markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Yük avtomobili əvvəlcə "Opel" markalı minik maşını ilə toqquşub, daha sonra yolun kənarına aşıb.
Hadisə zamanı yük avtomobilinin sürücüsü xəsarət alıb.
Qumla dolu olan yük avtomobilinin aşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

