25 sentyabrda Macarıstan və Ukrayna arasında Millətlər Liqasının ilk tur matçı keçirilib.
Matç Ukraynanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun sonlarında ukraynalı futbolçular macar oyunçularla toqquşublar. Əlavə vaxtda ukraynalı yarımmüdafiəçi Aleksandr Nazarenko macar Raymund Tota qarşı kobudluğa görə ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Daha sonra oyunçular arasında dava düşüb. Hadisə nəticəsində ukraynalılar Viktor Tsıqankov və Nikolay Matviyenko, eləcə də macarlar Dominik Şoboslay və Miloş Kerkez sarı vərəqə alıblar.

