Sizin reklam burada
Sizin reklam burada

Putindən Xəzər dənizi ilə bağlı təklif

Putindən Xəzər dənizi ilə bağlı təklif


Rusiya Xəzər dənizinin səviyyəsindəki dəyişiklikləri proqnozlaşdırmaq üçün süni intellekt əsasında rəqəmsal modelin yaradılmasını təklif edib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Xəzər Ekoloji Sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yüksək dəqiqlikli virtual model buxarlanma, yağıntılar və çay axınlarının dinamikasını təhlil etməklə dənizin səviyyəsindəki dəyişikliklərin mümkün ssenarilərini hesablamağa imkan verəcək.

Putin qeyd edib ki, modeldən naviqasiya marşrutlarının dəqiqləşdirilməsi və gəmiçiliyin təhlükəsizliyinin artırılması məqsədilə də istifadə edilə bilər. O, MDB ölkələrini təşəbbüsə qoşulmağa dəvət edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ