Sizin reklam burada
Sizin reklam burada

Antidepressantların təhlükəli yan təsirləri açıqlandı

Antidepressantların təhlükəli yan təsirləri açıqlandı


Antidepressantlar çəki artımına, cinsi istəyin azalmasına və digər arzuolunmaz təsirlərə səbəb ola bilər.

Bu barədə psixoterapevt Larisa Nikitina “Moskva 24” nəşrinə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, bəzi antidepressantlar orqanizmdə maye toplanmasına səbəb ola bilər. Bu isə çəkisi ilə bağlı narahatlıq keçirən insanlar üçün əlavə stress yaradır.

Nikitina qeyd edib ki, preparatın seçimi həkim tərəfindən aparılmalıdır. Müalicə zamanı psixoterapiya kimi alternativ üsullar da mütəxəssislə müzakirə oluna bilər.

Həkim xəbərdarlıq edib ki, antidepressantların qəbulunu özbaşına dayandırmaq və ya dozanı dəyişmək olmaz. Müalicənin vaxtından əvvəl kəsilməsi simptomların yenidən yaranması və ya güclənməsi ilə nəticələnə bilər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ