Sizin reklam burada
Sizin reklam burada

Arıqlamaq istəyənlər bu səhvə yol verir

Arıqlamaq istəyənlər bu səhvə yol verir


Arıqlama prosesində yalnız qəbul edilən kalorilərin miqdarı deyil, yemək saatları da mühüm rol oynaya bilər. Araşdırmalar göstərir ki, qidalanma vaxtının orqanizmin bioloji saatına uyğunlaşdırılması çəki itkisini dəstəkləyir.

Bu barədə Salk İnstitutunun tədqiqatçısı Satçin Panda bildirib.

Onun fikrincə, həzm sistemi və mədəaltı vəzi günün erkən saatlarında daha səmərəli işləyir. Buna görə də qidalanma rejiminin bioloji ritmə uyğun qurulması tövsiyə olunur.

2024-cü ildə dərc olunan, 859 iştirakçının yer aldığı 13 araşdırmanı əhatə edən meta-analizdə də erkən qidalanmanın təsirləri qiymətləndirilib. Nəticələrə əsasən, bu yanaşmanı tətbiq edən şəxslərdə bel çevrəsinin 3,21 santimetrə qədər azaldığı müşahidə olunub.

2025-ci ilə aid məlumatlar da kalori qəbulu dəyişmədikdə belə, vaxt məhdudiyyətli qidalanmanın çəki itkisinə töhfə verə biləcəyini göstərir.

Harvard Tibb Məktəbi və “Brigham and Women's” Hospital tərəfindən aparılan tədqiqatlara görə, gec saatlarda qidalanma iştahı tənzimləyən hormonlara təsir göstərə, aclıq hissini artıra bilər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ