Sizin reklam burada
Sizin reklam burada

İlham Əliyev bu qanuna dəyişikliyi təsdiq etdi

İlham Əliyev bu qanuna dəyişikliyi təsdiq etdi

Azərbaycanda idxal-ixrac əməliyyatlarının tənzimlənməsi və gömrük nəzarəti mexanizmlərinə Kənd Təsərrüfatı Nazirliyi də cəlb edilir.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na və "Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Qanunun tətbiqi barədə Fərmana dəyişiklik edilib.

Dəyişikliyə əsasən, xarici ticarət əməliyyatlarının tənzimlənməsi və gömrük işi sahəsində aidiyyəti normativ hüquqi aktların icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsində Kənd Təsərrüfatı Nazirliyi də səlahiyyətli qurumlar sırasına daxil edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ