Bu gün Pakistanın Müstəqillik Günü münasibətilə ölkənin Azərbaycandakı səfirliyində təntənəli tədbir keçirilib.
Rəsmi mərasim Qurani-Kərim tilavəti ilə başlayıb.
Daha sonra Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ölkəsinin dövlət bayrağını ucaldıb.
Dövlət himninin səsləndirilməsinin ardından, Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərifin Müstəqillik Günü münasibətilə xalqa ünvanladıqları təbrik müraciətləri oxunub.
Tədbirdə bu tarixi günün əhəmiyyəti vurğulanıb, regionda və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edilib.
Maraqlı məqamlardan biri isə azərbaycanlı tələbələrin qonaq qismində urdu dilində çıxışlar etməsi olub.
Rəsmi hissənin sonunda səfir Qasım Mohiuddin çıxış edərək iki ölkə arasındakı qardaşlıq münasibətlərindən danışıb.
Mərasim qonaqlar üçün təşkil olunmuş ziyafətlə başa çatıb.
