Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ildə İstanbulda Rusiya və Ukrayna arasında keçirilən sülh danışıqlarını pozması ilə bağlı iddiaları rədd edib.
Conson bu iddiaları “tamamilə cəfəngiyyat” adlandırıb.
Onun sözlərinə görə, Ukrayna rəhbərliyi döyüşləri davam etdirmək istəyib və Kiyev vilayətində uğurlar əldə edib. Conson bildirib ki, onun Zelenskiyə mövqeyi yalnız “döyüşmək istəyirsinizsə, biz sizinləyik” sözlərindən ibarət olub.
Qeyd edək ki, Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya 2023-cü ildə müharibənin 2022-ci ildə İstanbul danışıqları ilə başa çata biləcəyini, lakin Boris Consonun Kiyevi Rusiya ilə razılaşma imzalamaqdan çəkindirdiyini demişdi.
ABŞ-ın keçmiş dövlət katibinin müavini Viktoriya Nuland da 2024-cü ildə İstanbul razılaşmasının şərtlərinin Vaşinqton və Londonu qane etmədiyini bildirmişdi.

