Sizin reklam burada
Sizin reklam burada

Gizli danışıqların detalları üzə çıxdı: Trampdan İranla bağlı şok qərar

Gizli danışıqların detalları üzə çıxdı: Trampdan İranla bağlı şok qərar

ABŞ prezidenti Donald Tramp Tehranla olan gərginliyi sürətlə sonlandırmaqda israrlıdır.
Bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Ağ Evin rəhbəri münaqişənin bitməsi naminə İranla müəyyən məsələlərdə kompromisə getməyə, hətta ciddi güzəştlər etməyə razıdır.
"Tramp danışıqlarda son dərəcə ciddidir və bu məsələnin tezliklə bağlanmasını çox istəyir. Lakin hazırda əsas maneə iranlılardır. Onlar Trampın nüfuzunu qoruması və "üzüağ" çıxması üçün ona lazım olan şərtləri hələ ki, qəbul etmirlər", - deyə Körfəz ölkələrindən birinin sülh danışıqlarının gedişatına bələd olan yüksək rütbəli rəsmisi açıqlayıb.
Məlumata görə, ABŞ lideri regional gərginliyi azaltmaq və "böyük sövdələşməyə" imza atmaq üçün bir çox prinsipial məqamlardan geri çəkilə bilər. Lakin rəsmi Tehranın hələlik radikal mövqedən çıxış etməsi prosesi ləngidir.
Nəşr iddia edir ki, Tramp münaqişəyə son qoymaq üçün daha çox kompromisə razılaşacaq.

  • Sosial şəbəkədə paylaş