Sizin reklam burada
Sizin reklam burada

Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik

Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik

İranın ABŞ-İsrail qarşıdurmasında qələbə qazanması Türkiyənin Azərbaycanla saxta Zəngəzur dəhlizi vasitəsilə birləşmək planını qeyri-mümkün edəcək.
Bu barədə ermənipərəst mövqeyi ilə tanınan iranlı ekspert Ehsan Müvəhhedian müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu vəziyyət Qafqazda “Türk dünyası” layihəsinin əbədi olaraq iflasa uğramasına gətirib çıxara bilər:
“İranın üstünlük əldə etməsi təkcə Cənubi Qafqazda deyil, ümumilikdə Avrasiya məkanında güc balansını dəyişərək yeni geosiyasi arxitekturanın formalaşmasına səbəb olacaq”.

  • Sosial şəbəkədə paylaş