Sizin reklam burada
Sizin reklam burada

Qoşunlar Yaxın Şərqdən bura köçürülür: Trampın böyük planı ifşa olundu

Qoşunlar Yaxın Şərqdən bura köçürülür: Trampın böyük planı ifşa olundu


Pentaqon Kubaya müdaxilə üçün gizli hazırlıqlara başlayıb. Lakin ABŞ-ın bu planı reallaşdırması üçün bir neçə aylıq strateji yerdəyişməyə ehtiyacı var.
Tanınmış amerikalı politoloq Malek Dudakov NEWS.ru-ya açıqlamasında ABŞ-ın Kubaya qarşı mümkün hərbi əməliyyatlarının pərdəarxası məqamlarını açıqlayıb.
Ekspertin sözlərinə görə, ABŞ-ın hərbi resurslarının böyük hissəsi hazırda Yaxın Şərqdə cəmləşib. Kubaya hərbi müdaxilə etmək üçün Vaşinqton həmin qüvvələri yenidən Karib hövzəsinə daşımalıdır: "Pentaqonun bu cür planları onilliklərdir masadadır. Lakin hazırkı vəziyyətdə qoşunların və hərbi texnikanın geri qaytarılması ən azı bir neçə ay vaxt aparacaq. Bu səbəbdən yaxın perspektivdə real döyüşlərin başlaması inandırıcı görünmür".
Xəbərdə qeyd olunur ki, artıq Pentaqon tərəfindən xüsusi sənəd buraxılıb. Bu sənəd prezident Donald Trampın hər an verə biləcəyi "işğal" əmrinə hazırlıq məqsədi daşıyır.

  • Sosial şəbəkədə paylaş