İslamabadda İran və ABŞ nümayəndə heyətlərinin ekspert qrupları danışıqlar çərçivəsində müzakirələrin ilk mərhələsini başa vurublar.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, hər iki nümayəndə heyətinin ekspert qrupları bir neçə saat əvvəl danışıqlara qoşulublar. Onlar üzbəüz məsləhətləşmələrin ilk mərhələsini tamamlayıblar və hazırda müzakirə edilən mövzular çərçivəsində yazılı mətnlərin mübadiləsini həyata keçirirlər.
Şənbə günü Tehran və Vaşinqton Pakistanın paytaxtında danışıqlar aparır. İran nümayəndə heyətinə ölkə parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf rəhbərlik edir. ABŞ nümayəndə heyəti isə İslamabada vitse-prezident Cey Di Vensin rəhbərliyi altında gəlib.

