Sizin reklam burada
Sizin reklam burada

Ən güclü silahlarımızdan istifadə edəcəyik - Trampdan İrana son xəbərdarlıq

Ən güclü silahlarımızdan istifadə edəcəyik - Trampdan İrana son xəbərdarlıq


ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı gərginlik fonunda hərbi hazırlığın gücləndirildiyini bəyan edib. O, danışıqların uğursuz bitəcəyi təqdirdə güc tətbiqini istisna etməyib.
Tramp bu barədə "The New York Post" qəzetinə müsahibəsində ABŞ hərbi gəmilərinin indiyədək yaradılmış ən yaxşı silahla təchiz edildiyini söyləyib.
"Biz gəmiləri indiyədək yaradılmış ən yaxşı silahla yükləyirik... Əgər razılaşma baş tutmasa, biz ondan çox səmərəli şəkildə istifadə edəcəyik", - Ağ Ev rəhbəri vurğulayıb.
Tramp vurğulayıb ki, yaxın sutka ərzində İranla danışıqların uğurlu olub-olmayacağı bilinəcək:
"Bu, təxminən 24 saatdan sonra, tezliklə aydın olacaq".

  • Sosial şəbəkədə paylaş