Vaşinqton Hörmüz boğazına nəzarəti ələ keçirə və oradan keçən gəmilərdən rüsum ala bilər.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Bizim belə bir konsepsiyamız var ki, ödəniş tətbiq edək”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, İranla əldə olunacaq istənilən razılaşmada əsas şərtlərdən biri Hörmüz boğazından neftin sərbəst daşınmasının təmin edilməsi olacaq.
