İran Hörmüz boğazını yalnız o halda açacaq ki, gəmilərin tranziti üçün Tehrana hərbi təzminat ödənilsin.
Bu barədə İran Prezidenti Ofisinin rəhbər müavini Seyid Mehdi Tabatabai məlumat verib.
Onun sözlərinə görə, boğazın bağlanması səbəbindən İranın mülki infrastrukturuna hücum edəcəyi ilə hədələyən Amerika tərəfi "çarəsizlik və qəzəbdən ədəbsizliyə və cəfəngiyyata" əl atıb.

