Sizin reklam burada
Sizin reklam burada

Moskvanın mərkəzində mobil internet bərpa olunub

Moskvanın mərkəzində mobil internet bərpa olunub


Moskvanın mərkəzində mobil internet artıq məhdudiyyətsiz işləməyə başlayıb.
Paytaxtın "Park Kulturı", "Oktyabrskaya", "Arbatskaya", "Kurskaya", "Ploşad Revolyutsii" və "Kiyevskaya" metrostansiyalarının yaxınlığındakı ərazilərdə mobil internetin verilməsi bərpa olunub.
Rusiya mediası həmçinin “Komsomolskaya”, “Puşkinskaya” və “Lubyanka” metro stansiyaları yaxınlığında şəbəkə məhdudiyyətinin olmadığını təsdiqləyib.
Qeyd edək ki, mart ayının 5-dən başlayaraq Moskvanın mərkəzində mobil internet tam söndürülüb. Kreml bu addımın Moskva sakinlərinin təhlükəsizliyi ilə bağlı görülən tədbir olduğunu və məhdudlaşdırılmaların lazım olduğu qədər davam edəcəyini açıqlayıb.

  • Sosial şəbəkədə paylaş