Sizin reklam burada
Sizin reklam burada

İran iki Fars körfəzi ölkəsinə hücum etdi

İran iki Fars körfəzi ölkəsinə hücum etdi


Dubayda güclü partlayış baş verib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, partlayış səsi hava hücumundan müdafiə (HHM) sisteminin işə salıb. Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi bir qədər əvvəl potensial raket təhlükəsi barədə xəbərdarlıq etmişdi.
Bundan əlavə, Bəhreyn Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində bildirib ki, İslam Respublikasının zərbələrindən sonra krallığın paytaxtı Manamada yanğın başlayıb. Şəhərdə yaşayış binasına ziyan dəyib.
Bundan əvvəl Dubay beynəlxalq hava limanı HHM sistemlərinin işləməsi fonunda təhlükəsizlik mülahizələrinə görə fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Səhər saatlarında şəhərdə iki partlayış səsi eşidilib. Bundan sonra yerli hakimiyyət orqanları vurulan pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində yaranan "əhəmiyyətsiz insident" barədə məlumat verib və onun fəsadlarının aradan qaldırıldığını bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ