İranın Ekspertlər Şurası ölkənin yeni ali rəhbərinin təyin edilməsini müzakirə etmək üçün yaxın sutka ərzində iclas keçirəcək.
Bu barədə "Fars" agentliyi sözügedən şuranın üzvü, ayətullah Hüseyn Müzəffəriyə istinadla məlumat yayıb.
"Ekspertlər Şurasının üzvləri toplantının keçirilməsi, müzakirələrin aparılması və yeni ali rəhbərin seçilməsi üçün şəraitin yaranmasını səbirsizliklə gözləyirlər. Ümid edirik ki, bu, yaxın 24 saat ərzində baş tutacaq", - deyə Müzəffəri bildirib.
Onun sözlərinə görə, İranın Ekspertlər Şurası hələlik bu məsələ ilə bağlı heç bir toplantı keçirməyib. Bununla əlaqədar olaraq, ayətullah İslam Respublikası sakinlərini yeni ali rəhbərin seçilməsi barədə qəsdən yalan məlumatlar yaymamağa çağırıb.

