Sizin reklam burada
Sizin reklam burada

İsrail SEPAH-ı “ürəyi”ndən vurdu

İsrail SEPAH-ı “ürəyi”ndən vurdu


İsrail Müdafiə Ordusu (İDF) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehrandakı Hərbi Hava Qüvvələrinin idarəetmə mərkəzinə hücumlar təşkil etdiyini bildirib.
Bu barədə qurumun "Telegram" kanalında məlumat verilib.
Qeyd edilib ki, sözügedən mərkəz hava vəziyyətinin monitorinqinə və hava məkanının mühafizəsinə cavabdehdir.
"İsrail Hərbi Hava Qüvvələri İran rejiminin Tehrandakı hərbi obyektlərinə genişmiqyaslı zərbələr seriyası həyata keçirib. Bu seriyanın əsas zərbələrindən biri SEPAH-ın hava şəraitinin qiymətləndirilməsi və İranın hava məkanının qorunmasından məsul olan Hərbi Hava Qüvvələrinin idarəetmə mərkəzinə endirilib", — deyə İDF-nin bəyanatında qeyd olunub.
Qurum həmçinin bildirib ki, İsrail Hərbi Hava Qüvvələri həmin regiondakı hava hücumundan müdafiə sistemlərinə, komanda məntəqələrinə və maddi-texniki təminat anbarlarına da hücumlar edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ