Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
Hadisə saat 18 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonu Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin iştirakı ilə baş verən qəza nəticəsində ağır xəsarətlər alan piyada 10 yaşlı A.Abdullayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

