Sizin reklam burada
Sizin reklam burada

Gürcüstan Bakıdan Ermənistana neft məhsullarının tranziti üçün simvolik tarif tətbiq etdi

Gürcüstan Bakıdan Ermənistana neft məhsullarının tranziti üçün simvolik tarif tətbiq etdi




Gürcüstan hökuməti Azərbaycandan Ermənistana neft məhsullarının tranziti üçün simvolik tarif tətbiq edib.

Bu barədə gürcü mediası məlumat yayıb.

Bildirilir ki, 2025-ci il dekabrın əvvəlində Gürcüstan öz ərazisindən Ermənistana birdəfəlik pulsuz neft tranziti təmin edib. Növbəti partiya isə standart tariflə nəql edilib. Bu da Ermənistanda narazılığa səbəb olub.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin açıqlamasına görə, neft məhsullarının Gürcüstan ərazisindən Ermənistana daşınması üzrə tariflər bu gün də İrəvanda keçirilən görüş zamanı müzakirə mövzusu olub.

  • Sosial şəbəkədə paylaş