Sizin reklam burada
Sizin reklam burada

Ukrayna ordusu cənub bölgəsində 300 kvadratkilometr ərazini azad edib - Zelenski açıqladı

Ukrayna ordusu cənub bölgəsində 300 kvadratkilometr ərazini azad edib - Zelenski açıqladı


Ukrayna hərbçiləri 300 kvadratkilometr ərazini azad etməyi bacarıblar.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Frans-Pres Agentliyinə (AFP) verdiyi müsahibədə bildirib.
Prezident qeyd edib ki, bu, cəbhənin cənub bölgəsində baş verib. Ukrayna əsgərləri cənubda irəliləyir.
“Təfərrüata varmayacam, amma bu gün ilk növbədə ordumuzu - bütün müdafiə qüvvələrini - təbrik edə bilərəm, çünki bu günə qədər 300 kvadrat kilometr ərazi azad edilib”, - deyə Prezident qeyd edib.
Zelenski Ukrayna əsgərlərinin bu uğura hansı dövrdə nail olduqlarını dəqiq açıqlamayıb.

  • Sosial şəbəkədə paylaş