“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp futbolçulara fərqli yanaşdığını etiraf edib.
Klopp bunu futbolçuların fərqli mühitdə böyüməsi ilə əlaqləndirib.
“Hər oyunçuya fərqli yanaşdığım doğrudur. Bəzən bir oyunçu yanıma gəlib deyir: “Sən mənimlə heç vaxt onunla danışdığın kimi danışmayacaqsan?” Mən də deyirəm: “Xeyr, danışmayacağam. Çünki o, Argentinada pəncərəsiz bir evdə böyüyüb, sən isə Münhendə böyümüsən. İndi istəyirsən ki, mən sənə onunla eyni cür yanaşım?” Argentina və ya Seneqal kimi yerlərdə böyümək Münhendə böyüməkdən fərqlidir”, – deyə Klopp bildirib.
Yurgen Klopp hazırda “Red Bull” futbol sistemində çalışır.

