Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Ozan küçəsi ilə Xudatbəy Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, "VAZ 2107" və "Hyundai" markalı avtomobillər toqquşub.
Qəza zamanı xəsarət alan şəxslər 1973-cü il təvəllüdlü Mübariz Huseynov, 1990-cı il təvəllüdlü Pərviz Əhmədov, 1991-ci il təvəllüdlü Sahib Cəfərovdur.
Qeyd edək ki, yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.

