Sizin reklam burada
Sizin reklam burada

Nazir hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxladı

Nazir hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxladı



Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə hava hücumundan müdafiə hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, Z.Həsənov hərbi hissənin komanda məntəqəsində xidməti tapşırıqların yerinə yetirilməsi və mövcud vəziyyət barədə məruzələri dinləyib.

Nazirliyin rəhbər heyəti ixtisas hazırlığı üzrə məşğələlərin keçirilməsini izləyib, şəxsi heyətin peşəkarlıq səviyyəsi, nəzəri biliklərinin tətbiqi, həmçinin silah və texnikadan düzgün istifadə bacarıqları yüksək qiymətləndirilib.

General-polkovnik keçirilən təlim və məşqlər zamanı HHM bölmələrinin arsenalına yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiq imkanlarının mənimsənilməsi, şəxsi heyətin bu vasitələrdən düzgün və təhlükəsiz istifadə bacarıqlarının artırılması barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.

  • Sosial şəbəkədə paylaş