Sizin reklam burada
Sizin reklam burada

Ermənistandan sığınacaq istəyən Azərbaycan vətəndaşı kimdir?

Ermənistandan sığınacaq istəyən Azərbaycan vətəndaşı kimdir?

2025-ci ildə bir Azərbaycan vətəndaşı Ermənistandan sığınacaq üçün müraciət edib.
Bu barədə Ermənistan Statistika Komitəsinin məlumatında bildirilir.
Onunla bağlı əlavə məlumat verilməyib.
Ötən il Ermənistanda sığınacaq üçün ümumilikdə 600 nəfər müraciət edib. Ən çox sığınacaq axtaranlar İran (197), Ukrayna (86), Rusiya (44), Əfqanıstan (34), Misir (34), Kuba (30), Suriya (29), İraq (27), Nigeriya (16) və Livan (11) vətəndaşları olub.
Yetkinlik yaşına çatmayan qız və 35 yaşdan yuxarı altı kişi də daxil olmaqla yeddi Türkiyə vətəndaşı sığınacaq üçün müraciət edib.
Qeyd etmək lazımdır ki, 2024-cü ildə Ermənistanda sığınacaq üçün müraciət edənlərin sayı 2025-ci illə müqayisədə bir qədər çox və 665 nəfər təşkil edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ