Sizin reklam burada
Sizin reklam burada

ADY sərnişindaşıma xidmətinin səviyyəsini yüksəldib

ADY sərnişindaşıma xidmətinin səviyyəsini yüksəldib


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişindaşıma xidmətində məmnuniyyət səviyyəsinin artdığını açıqlayıb.
Qurumdan verilən məlumata görə, müstəqil sorğu şirkəti ilə əməkdaşlıq çərçivəsində 2025-ci il ərzində aparılmış məmnuniyyət sorğularının nəticələri ADY-nin sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldiyini göstərir.
Rəsmi məlumata görə, aparılmış sorğular zamanı yüksək məmnuniyyət göstəriciləri qeydə alınıb. Belə ki, əyani sorğularda məmnuniyyət səviyyəsi 84,3%, rəqəmsal sorğularda 78,8%, korporativ müştərilər arasında keçirilmiş sorğuda isə 100% təşkil edib.
"Bizimlə yola çıxan hər bir sərnişinimizə təşəkkür edir, yeni səfərlərdə görüşməyi səbirsizliklə gözləyirik", - məlumatda deyilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ