Sizin reklam burada
Sizin reklam burada

İrəvan rəsmən açıqladı: Qarabağdan köçən 30 min erməni...

İrəvan rəsmən açıqladı: Qarabağdan köçən 30 min erməni...

Qarabağdan köçən təxminən 30 min erməni artıq Ermənistan vətəndaşlığını alıb.

Bu barədə Ermənistanın Daxili işlər naziri Arpine Sarkisyan mətbuat konfransında bildirib.

2025-ci ilin dekabr ayında onların sayı 26 mindən bir qədər çox idi.

Nazirin sözlərinə görə, vətəndaşlıq alanların əksəriyyəti 2025-ci ilin ikinci yarısında müraciət edənlər olub.

“Başqa sözlə, onun əldə edilməsi prosesi əhəmiyyətli dərəcədə sadələşdirilib və sürətləndirilib”, - deyə o izah edib.

Platforma əvvəllər gündə 40 sorğu qəbul edirdisə, hazırda 200-ə qədər müraciət qəbul edir.

Sarkisyan əlavə edib ki, indiyə qədər heç bir müraciət rədd edilməyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ