arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Ərdoğan şad xəbəri ELAN ETDİ - Qara dənizdə nə tapılıb?

Ərdoğan şad xəbəri ELAN ETDİ - Qara dənizdə nə tapılıb? 



Qara dənizdə ehtiyatları 75 milyard kubmetr olan qaz yatağı kəşf edilib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.

Türkiyə lideri vurğulayıb ki, söhbət 49 günlük qazma və sınaqdan sonra qeyd olunan qazın tapıldığı "Göktəpə-3" yatağından gedir.

Ərdoğanın sözlərinə görə, bu yataq üç il yarım ərzində bütün Türkiyə ərazisində mənzillərin qazla təmin edilməsinə kifayət edəcək.

O qeyd edib ki, yataqdakı ehtiyatların dəyəri 30 milyard dollar qiymətləndirilir.

O, həmçinin bildirib ki, Qara dənizdəki qaz yataqlarında olan 9,5 milyard kubmetr qaz hesabına ölkədə dörd milyon mənzili mavi yanacaqıa təmin edilir. Türkiyə liderinin sözlərinə görə, 2028-ci ilə qədər bu rəqəmin 4 dəfə artırılması planlaşdırılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ