Sizin reklam burada
Sizin reklam burada

Sentyabrda Ay, Günəş və Venera tutulacaq

Sentyabrda Ay, Günəş və Venera tutulacaq

Sentyabr ayında Ay, Günəş və Veneranın tutulması baş verəcək.

Ilk olaraq sentyabrın 7-də tam Ay tutulması olacaq. Tam tutulma fazası 1 saat 22 dəqiqə (Bakı vaxtı ilə 21:30-dan 22:52-yə qədər) davam edəcək.

Bildirilir ki, belə anlarda Yerin peyki rəngini dəyişə və qırmızımtıl çalar ala bilər.

"Sentyabrda üç tutulma - Ay, Günəş və Venera tutulmaları müşahidə olunacaq. Rusiya və MDB ölkələri sakinlərinin əksəriyyəti Ay tutulmasının bütün fazalarını müşahidə edə biləcəklər", - Moskva planetarisinin məlumatında deyilir.

Tutulmanın maksimumu Bakı vaxtı ilə 22:12-də müşahidə edilə biləcək. Bu hadisənin bütün fazaları təxminən 5,5 saat davam edəcək. Hadisəni həmçinin Antarktida, Avstraliya, Okeaniya, Asiya, Afrika və Avropada görmək mümkün olacaq. Həmin vaxt Ay Dolça bürcündə olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ