arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Tarixi Zəfərimiz əbədi qürur mənbəyimizdir

Tarixi Zəfərimiz əbədi qürur mənbəyimizdir

Çoxəsrlik tariximizin Zəfər səhifəsinin yazılmasından sonra ölkəmizin həyatında başlayan yeni mərhələ hər an biri-birindən mühüm uğurlarla diqqətdədir. Şanlı Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri hər birimizi qürurlandırır. Azərbaycan bərpa işləri ilə dünyanın hərb tarixinə yeni səhifə yazıb. Bu baxımdan ki, müharibədən dərhal sonra quruculuq işlərinə başlamaq qeyri-mümkündür. Azərbaycan, eyni zamanda, bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirir.

Son illərin qürurverici hadisələrindən biri də tarixi günlərin, bayramların işğaldan azad edilmiş ərazilərdə qeyd edilməsidir. Bu ilinin 28 May-Müstəqillik Gününün özəlliyi ondan ibarət oldu ki, laçınlılar Laçın şəhərinə qayıtdı. Dövlət başçısı İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bu tarixi günlə bağlı fikirlərini belə ifadə etdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda,
istənilən nəticəni əldə etməyə qadirdir.

Artıq iki ildən çoxdur ki, azad Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Dövlət başçısı İlham Əliyevin mayın 27-də Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqət yetirmək kifayətdir. Onu da qeyd edək ki, ötən ilin 26 avqust tarixində Müzəffər Ali Baş Komandan belə bir müjdəni xalqa çatdırdı ki, biz Laçın şəhərinə qayıtdıq. Sentyabr ayında dövlət başçısı Laçın rayonuna səfəri zamanı şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdı, bərpa-quruculuq işlərinə başlanıldı. Qısa zamanda, 8 ay müddətində görülənişlər laçınlıların ilkin məhələdə Laçın şəhərinə qayıdışını təmin etdi. Ölkə Prezidenti məhz bu işlərin miqyasının genişliyinə söykənərək bildirir ki, bugünkü Laçın şəhərinin siması, halbuki birinci mərhələdir, qurub-yaradan xalq olduğumuzu göstərir. Bu torpaq bizimdir.

Göründüyü kimi, bütün planlar ardığıllıqla həyata keçirilir. Dövlət başçısı İlham Əliyev “Biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm” söyləyərək qarşıdakı dövrün hədəflərini açıqlayır.


Teyran Şəmsəddinskaya, PHD
Ürək damar cərrahı, Tibb üzrə fəlsəfə doktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ