arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Müdafiə Nazirliyindən sosial şəbəkələrdə ordumuza yardım aksiyası başladanlara XƏBƏRDARLIQ

Müdafiə Nazirliyindən sosial şəbəkələrdə ordumuza yardım aksiyası başladanlara XƏBƏRDARLIQ
Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir. Sosial şəbəkələrdə bir qrup şəxs tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə bir sıra yardımların toplanmasına dair paylaşımlar edilir.

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə bənzər mövzuda kampaniya başladan şəxs və ya şəxslər cəmiyyətdə çaşqınlıq yaradaraq narahatlığa səbəb olurlar.

Mövzu ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov Oxu.Az-a açıqlamasında bildirib ki, lokal xarakterli antiterror tədbirləri həyata keçirilən günlərdə ordumuzun hərbçilərinə yardım adı altında əhaliyə çağırış edib, kampaniya həyata keçirilməsi ilə bağlı paylaşımlar edilir. Nazirlik vətəndaşları belə çağırışlara qoşulmamağa çağırır:

“Silahlı qüvvələrimizin maddi-texniki bazasının yaxşılaşdırılması üçün zəruri bütün tədbirlər həyata keçirilib. Ordumuza gərəkli olan hər şey tam təchiz edilib. Belə bir kampaniyalara ehtiyac yoxdur. Bu kimi çağırışlara məhəl qoyulmaması və qoşulmaması bildirilir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ