
Rusiya yanvar-fevral aylarında Türkiyəyə boru kəməri ilə qaz tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 27% azaldıb.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatında bildirilir.
Fevral ayında Rusiya qazının idxalı "Türk Axını" və "Mavi Axın" boru kəmərləri ilə təxminən 1,09 milyard kubmetr təşkil edib.
Ümumilikdə, ilin ilk iki ayında tədarük həcmi 3,8 milyard kubmetrə çatıb.
