Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın xarici dövlət borcu ilə bağlı PROQNOZ açıqlanıb

Azərbaycanın xarici dövlət borcu ilə bağlı PROQNOZ açıqlanıb



Gələn il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 6 milyard 381 milyon ABŞ dolları (10,847 milyard manat) olacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə nazirliyin açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.

Sənəddə deyilir ki, daxili dövlət borcunun isə 6,688 milyard manat olmaqla ümumi dövlət borcunun 17,536 milyard manat təşkil etməsi gözlənilir.

Bu ilin sonuna xarici dövlət borcunun 49%-i beş ilə qədər, 42,6%-i beş ildən 10 ilə qədər, 8,4%-i isə 10 ildən artıq müddətə kreditorlara ödənilməli olacaq. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilə qədər müddətə müvafiq istinad dərəcəsi üstəgəl 0,65% dərəcəsi ilə, 10-20 illik - müvafiq istinad dərəcəsi üstəgəl 0,8% dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 0,9% dərəcəsi ilə cəlb olunacağı nəzərdə tutulur.

Daxili dövlət borcunun 40,5%-ni daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcək. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 13%-i birillik, 66,1%-i iki-üç illik, 20,9%-i isə beş-yeddi illik istiqrazların payına düşəcək. Daxili dövlət borcuna xidmət xərcləri 265 milyon təşkil edəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ