Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bu tip dələduzluğa "ATM skimming" deyilir və nəticədə hesabınızdakı bütün vəsaitlər oğurlana bilər!
Necə tanımaq olar?
1) ATM-dəki kart yuvası və ya klaviatura fərqli görünürsə və ya nasazdırsa;
2) Pul çıxarılan hissənin üzərində əlavə cihaz və ya yapışdırılmış qurğu hiss olunursa;
3) Ətrafda şübhəli şəkildə müşahidə aparan şəxslər varsa;
Necə qorunmaq olar?
1) PIN kodu daxil edərkən əlinizlə klaviaturanı örtün.
2) Kartı daxil etməzdən ATM-ni diqqətlə yoxlayın.
3) Mütəmadi olaraq kart hesablarınızdakı fəaliyyətləri izləyin.
4) Kart hesabınızda şübhəli halları dərhal bankınıza bildirin.
Unutmayın: Kiçik ehtiyat - böyük itkilərin qarşısını ala bilər. Bank kartlarınızla əməliyyat apararkən diqqətli olun və öz təhlükəsizliyinizi təmin edin.
