arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

“Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb

“Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb“Azərbaycan tarixi xəritələrdə” atlasının onlayn versiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının saytında yerləşdirilib.

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan atlasın redaksiya heyətinə AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov (elmi redaktor və naşir), Vüqar Ağayev (layihə rəhbəri), tarix elmləri doktoru Tofiq Nəcəfli, tarix elmləri doktoru Güntəkin Nəcəfli, texnika üzrə fəlsəfə doktoru Eldar Əliyev, riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva və tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev daxildir.

“Azərbaycan tarixi xəritələrdə” atlası Azərbaycan tarixinə dair ilk mükəmməl və geniş həcmli atlasdır. Atlasa 198 xəritə, o cümlədən böyük türk alimi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərindəki dünya xəritəsi (1076), italyan kartoqraf Fra Mauronun “Mappa mundi” adlı dünya xəritəsi (1459), Qafqaz Hərbi Dairəsinin xəritəsi (1903) və Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi (1919) daxil edilib. Bu xəritələr sübut edir ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ