İtaliya hökuməti nüvə reaktorlarını bağlamasından təxminən 40 il sonra ölkənin yenidən nüvə enerjisinə qayıtması imkanını araşdırır.
Bu barədə “Blumberq” məlumat yayıb.
“Məqsəd yüksək enerji xərclərini azaltmaqdır. Rəsmilər ABŞ, Fransa, Cənubi Koreya və Kanadanın nüvə texnologiyalarını, o cümlədən kiçik modul reaktorlarını öyrənirlər”, - məlumatda bildirilib.

