Sizin reklam burada
Sizin reklam burada

SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü

SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü


İsrailin Livanda keçirdiyi əməliyyatlar nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin yeddi yüksək rütbəli rəsmisi məhv edilib.
Bu barədə İsrailin yüksək rütbəli rəsmisi "Fox News" telekanalına verdiyi açıqlamada bildirib.
Bundan əlavə, İsrail rəsmisi İranın regiondakı logistik imkanlarına ciddi ziyan dəydiyini qeyd edib. Məlumata görə, "Qüds" qüvvələrinə məxsus 20 hərbi nəqliyyat təyyarəsindən 17-si sıradan çıxarılıb.
"Biz hamıya çatacağıq. Onlar yaxın vaxtlarda heç bir yerə qaça bilməyəcəklər", - o qeyd edib.

  • Sosial şəbəkədə paylaş