Azərbaycan Premyer Liqasının XXIV turunda “Kəpəz” və “Turan Tovuz” komandaları üz-üzə gəlib.
Yevlax şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
FIFA referisi Tural Qurbanovun idarə etdiyi görüşdə ilk qolu 55-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Rəhman Hacıyev vurub. 6 dəqiqə sonra isə rəqibin heyətində Joarlem Santos hesabı bərabərləşdirib.
Bu nəticədən sonra Kurban Berdıyevin komandası 45 xalla turnir cədvəlinin 3-cü, Azər Bağırovun kollektivi isə 18 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, günün növbəti matçında “Qəbələ” “Neftçi”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 18:00-da start götürəcək.

